"Sumqayıt" qanalı hücumçu ilə müqavilə imzalayıb

22:00 | 27.10.2022

"Sumqayıt" qanalı hücumçu ilə müqavilə imzalayıb

"Sumqayıt” klubu heyətini daha bir futbolçu ilə gücləndirib.

"Gənclik şəhəri" təmsilçisindən  verilən məlumata görə, komanda son olaraq Banqladeşin "Şeyx Rassel” klubunda çıxış etmiş Riçard Qadze ilə 2023/24 mövsümünün sonuna qədər müqavilə imzalayıb.

28 yaşlı qanalı hücumçu 43 nömrəli formada çıxış edəcək.

 Azərbaycanda daha öncə "Zirə”də (2017-2018; 2019-2020) çıxış etmiş Riçard Qadze karyerası ərzində Hindistanın "Delhi Dinamo”, Finlandiyanın "HİK” (Helsinki), Rumıniyanın "Voluntari”, Moldovanın "Şerif” və İsrailin "Bney Saxnin” klublarının şərəfini qoruyub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM