"Sumqayıtda ötən müddət ərzində 5000-ə yaxın sahibsiz heyvan zərərsizləşdirilərək Sumqayıt Məişət Tullantıları Poliqonuna göndərilib"
anews.az xeberle.com-a istinadən xəbər verir ki, bu sözləri Sumqayıt Şəhər Təmizlik Departamentinin direktoru Məhəmməd Məmmədov deyib.
M.Məmmədov qeyd edib ki, şəhərin məhəllə və mikrorayonlarında olan küçə itləri xüsusi torbalarla tutularaq traktorlarla zibil poliqonuna daşınır: "Heyvanlar poliqonda hasarlanmış sahədə saxlanılırlar.
Şəhərdən nə gedirsə, onunla qidalanır, orada yeyirlər və orada da ömürlərinin sonuna qədər qalırlar".
M.Məmmədov sözlərinə onu da əlavə edib ki, Sumqayıt şəhərinin sahibsiz heyvanlardan təmizlənməsi işləri bundan sonra da davam etdiriləcək.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !