Sumqayıtda uşağı öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB

09:18 | 01.04.2024
Sumqayıtda uşağı öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB

Sumqayıtda uşağı öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB

Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsində azyaşlını qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub. Bu barədə Sumqayıt şəhər prokurorluğu məlumat yayıb.

"Martın 31-də Sumqayıt şəhəri ərazisində dəniz sahilində uşaq meyitinin aşkar edilməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub. Araşdırmalarla 1984-cü il təvəllüdlü Yeşil Ahmet Turanın Sumqayıt şəhəri Zeynalabdin Tağıyev qəsəbəsi ərazisində azyaşlı övladını suda boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Yeşil Ahmet Turan prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.
Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir", - məlumatda qeyd olunub.
 
***
Sumqayıtda dəniz sahilində 6 aylıq uşaq meyiti tapılıb.

APA xəbər verir ki, meyit Zeynalabdin Tağıyev adına qəsəbədə dəniz sahilində aşkarlanıb.

Meyitin 6 aylıq uşağa aid olduğu bildirilir, lakin onun əraziyə hansı şəraitdə və kim tərəfindən atıldığı məlum deyil.

Fakt araşdırılır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM