Sumqayıtda itləri bir-birinə yedizdirənlərin kimliyi bilindi - RƏSMİ MƏLUMAT

14:41 | 27.05.2020
Sumqayıtda itləri bir-birinə yedizdirənlərin kimliyi bilindi - RƏSMİ MƏLUMAT

Sumqayıtda itləri bir-birinə yedizdirənlərin kimliyi bilindi - RƏSMİ MƏLUMAT

Sumqayıt şəhərində it döyüşləri təşkil edənlərin kimliyi bəlli olub.

Anews.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov "Qafqazinfo”ya bildirib ki, sosial şəbəkələrdə yayılan videogörüntülərdəki şəxslərin kimliyi müəyyənləşdirilib: "Araşdırmalar davam etdirilir.
 
Həmin adamların izahatları alınıb. Hazırda onların əməlinə hüquqi qiymət verilməsi və məsuliyyətə cəlb olunmaları istiqamətində araşdırma davam etdirilir. Yekun qərar olduqda, ictimaiyyətə ətraflı məlumat veriləcək”. 

Xatırladaq ki, yayılan məlumatlarda Sumqayıt şəhərində Mətləb adlı şəxsin "Pitbull” fermasında it döyüşləri təşkil etdiyi bildirilirdi.
 
İddiaya görə, itlərə narkotik vurub, ölənə qədər döyüşdürürlər. Qeyd edilir ki, hətta küçədən adi itləri tutub, döyüşçü itlərin önünə atırlar. "Pitbull” küçə itini öldürdükdən sonra isə onun cəsədi doğranılır və cavan döyüş itlərinə yedizdirilir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM