Sumqayıt şəhərində qonşular arasında kütləvi dava olub, iki nəfər bıçaqlanıb.
Anews.az-ın Report-a istinadən verdiyi məlumata görə, hadisə şəhərin H.Z.Tağıyev qəsəbəsində baş verib.
Belə ki, həmin qəsəbədə qonşular arasında mübahisə düşüb. Sonradan bu mübahisə əlbəyaxa davaya çevrilib.
Nəticədə, 1997-ci il təvəllüdlü Emin Elmanoğlu Ömər və 2000-ci il təvəllüdlü İbrahim Xoşbəxt oğlu Cəfərov, qonşuları Coşqun adlı şəxs tərəfindən bıçaqlanıb. İ.Cəfərov dörd, E.Ömər isə iki ağır bıçaq zərbəsi alıb.
Yaralılar dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar. Əməliyyat olunan hər iki gəncin vəziyyəti ağırdır və reanimasiya şöbəsinə yerləşdiriliblər.
Hadisəni törədən şəxs artıq saxlanılıb. Davanın hansı səbəbdən baş verməsi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !