Sumqayıtdan gələn sürət qatarı piyadanı vurub

09:59 | 05.02.2024
Sumqayıtdan gələn sürət qatarı piyadanı vurub

Sumqayıtdan gələn sürət qatarı piyadanı vurub

Fevralın 5-də Sumqayıt-Xırdalan-Bakı istiqamətində hərəkətdə olan sürət qatarı dəmir yolu xəttini müəyyən olunmamış ərazisidən keçən qadını vurub. Bu barədə Azərbaycan Dəmir Yollarının açıqlamasında qeyd olunub. 
 
"Maşinist təcili tormozlama aparsa da, məsafə az olduğundan toqquşma qaçılmaz olub. Qəza nəticəsində qadın xəsarət alıb, əraziyə təcili tibbi yardım çağırılıb. Sözügedən xətt üzrə qatarların fəaliyyəti qısa zamanda bərpa olunub", - məlumatda deyilir. 
 
Azərbaycan Dəmir Yolları piyadaları kritik təhlükəli zona hesab olunan dəmir yolu xətlərininin düzgün yerlərindən keçməyə çağırıb. 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM