"Sumqayıt"ın baş məşqçisi: "Biz bura 1 xal üçün gəlməmişdik"

23:02 | 03.10.2020

"Sumqayıt"ın baş məşqçisi: "Biz bura 1 xal üçün gəlməmişdik"

"Bu günlərdə hər birimizin fikri cəbhədə, əsgərlərimizin yanındadır. Allahdan şəhidlərimizə rəhmət, igid oğullarımıza isə qələbə üçün güc, qüvvət diləyirəm".

Anews.az-ın məlumatına görə, bu fikirləri "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının V turunda səfərdə "Qəbələ" ilə 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

39 yaşlı mütəxəssis bildirib ki, qarşılaşmanın günorta saatlarına keçirilməsi iki tərəfə fasilədən sonra çətinlik yaradıb: "Hər iki komanda qalib gələ bilərdi. Arzuolunmaz zədəylə üzləşdik. Bütün hallarda meydanda olmuş hər bir futbolçuma təşəkkür etdim. Biz bura 1 xal arxasınca gəlməmişdik. Qalib gəlmək istəyirdik. Hər oyunda uğurlu nəticə əldə etmək istəyirik. Qalib gələ bilmədikdə, uduzmamağa cəhd etməli idik ki, buna da nail olduq".

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb