Sumqayıtın sabiq memarı vəfat etdi

10:40 | 06.03.2021
Sumqayıtın sabiq memarı  vəfat etdi

Sumqayıtın sabiq memarı vəfat etdi

Azərbaycan Memarlar İttifaqının üzvü, əməkdar arxitektor, memar və rəssam Əlibəy Novruzi 78 yaşında vəfat edib.


Əlibəy Nəzərli oğlu Novruzi 1942-ci ilin noyabrın 8-də Bakı şəhərində anadan olub.


1965-ci ildə Moskva Memarlıq İnstitutunu bitirib. Memarın əsas fəaliyyəti elə gənc yaşlarından, təhsilini bitirdiyi illərdən - 1967-69–cu illərdən başlayır və bu yaş üçün qeyri-adi olan yeniliklərə imza ataraq ölkədə və ölkə hüdudlarından kənarda tanınmağa başlayır.


Əlibəy Novruzi 3 il dalbadal SSRİ-nin "İlin Ən Yaxşı Memarlıq Layihəsi” müsabiqəsinin qalibi olub.


600-dən artıq memarlıq layihəsinin, 400-ə yaxın rəsm əsərinin və 3 kitabın müəllifidir. Memarlıq sahəsində 2 ixtirası olub.


O, Sumqayıtın baş memarı olub.




www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM