Sumqayıt sakini üç dayısını diri-diri yandırdı - Dəhşətli faciə

15:42 | 07.02.2014
Sumqayıt sakini üç dayısını diri-diri yandırdı - Dəhşətli faciə

Sumqayıt sakini üç dayısını diri-diri yandırdı - Dəhşətli faciə

Sumqayıtda dəhşətli qətl törədilib. Sumqayıt Şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə gecə saatlarında Corat bağlarında qeydə alınıb. Sumqayıt şəhər sakini, 1991-ci il təvəllüdlü Əsgəralı Füzuli oğlu Abbasov dayıları – 1971-ci il təvəllüdlü Dünyamalı Mirzəyev, 1965-ci il təvəllüdlü Yadigar Mirzəyev və 1960-cı il təvəllüdlü Ağamalı Mirzəyevin olduğu bağ evinin qapılarını bağlayaraq od vurub. Nəticədə onların üçü də tüstüdən boğularaq ölüb. Hadisə yerinə gələn yanğınsöndürənlər yanğının qarşısını alıb. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM