Sumqayıtda vəhhabilərin başçısı tutuldu - YENİLƏNİB+VİDEO

13:57 | 28.12.2013
Sumqayıtda vəhhabilərin başçısı tutuldu - YENİLƏNİB+VİDEO

Sumqayıtda vəhhabilərin başçısı tutuldu - YENİLƏNİB+VİDEO

Onunla yanaşı, dini qruplaşmalar arasında baş verən silahlı insidentlə bağlı daha bir nəfər tutulubDaxili İşlər Nazirliyi Sumqayıtda həyata keçirilən sonuncu həbslərlə bağlı açıqlama yayıb. APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 11-də Sumqayıtda baş vermiş silahlı münaqişədə iştirak edən şəhər sakinləri Elçin Əkbərov və əvvəllər məhkum olunmuş Vüqar Abdullayev tutulublar.   V. Abdullayevin evinə baxış zamanı oradan baraban tipli tapança, 47 ədəd müxtəlif çaplı patron, 2 bıçaq, 1 ədəd dəmir dəyənək, qanunla qadağan olunmuş müxtəlif məzmunlu 134 ədəd dini ədəbiyyat və 81 disk aşkar edilərək götürülüb. Bununla da dini qruplaşmalar arasında baş verən silahlı insidentlə bağlı tutulanların sayı 16-a çatıb. ANN.Az

***

12:45

İlkin Əkbərov dekabrın 11-də Sumqayıtda “xəvarici”lərlə "sələfi"lər arasında baş vermiş silahlı münaqişənin əsas təşkilatçılarından biri olubSumqayıtda dini qruplaşmalar arasında baş verən silahlı insidentlə bağlı daha bir nəfər saxlanılıb.Sumqayıt şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıtda “Vəhhabilər”inin lideri kimi tanınan, 1979-cu il təvəllüdlü İlkin Əkbər oğlu Əkbərov həbs edilib. O, dekabrın 11-də Sumqayıtda “xəvarici”lərlə "sələfi"lər arasında baş vermiş silahlı münaqişənin əsas təşkilatçılarından biri olub. İ. Əkbərovdan xeyli sayda silah-sursat və qadağan olunmuş dini ədəbiyyat götürülüb.Bununla da, tutulanların sayı 14-ə çatıb.Hazırda həmin hadisənin digər iştirakçılarının müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.Qeyd edək ki, dekabrın 11-də Sumqayıtda “xəvarici”lərlə "sələfi"lər arasında baş vermiş silahlı münaqişə nəticəsində şəhər sakinlərindən Anar Rəhimov və Elmar Məmmədli bıçaq xəsarətləri, Təzə Corat qəsəbəsinin sakinləri Elşən Musayev və Elnur Nəzərəliyev isə qəlpə yaraları alıblar. ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM