Sumqayıtdakı insidentin iştirakçıları 2 aylıq həbs aldı - VİDEO

10:27 | 16.12.2013
Sumqayıtdakı insidentin iştirakçıları 2 aylıq həbs aldı - VİDEO

Sumqayıtdakı insidentin iştirakçıları 2 aylıq həbs aldı - VİDEO

Sumqayıtda baş vermiş silahlı insidentlə bağlı təqsirləndirilən 10 nəfər barəsində məhkəmənin qərarı ilə 2 aylıq həbs qəti imkan tədbiri seçilib.

APA TV-nin məlumatına görə, saxlanan şəxslərdən birinin vəkili Fariz Namazlının verdiyi məlumata görə, hadisə günü atışmada xəsarət alan Elnur Nəzərəliyev də yaralı halda xəstəxanadan Sumqayıt şəhər Məhkəməsinə gətirilib və onun barəsində həbs qətimkan tədbiri seçilib. Təqsirləndirilən şəxslər barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.3-cü maddəsi üzrə cinayət işi başlanıb. Vəkilin sözlərinə görə, hələlik bununla bağlı onlara əlavə ittiham elan edilməyib: “Ancaq ehtimal edirik ki, təqsirləndirilən şəxslərə əlavə ittihamlar da irəli sürüləcək”. Qeyd edək ki, dekabrın 11-də Sumqayıtda “xəvarici”lərlə "sələfi"lər arasında baş vermiş silahlı münaqişə nəticəsində şəhər sakinlərindən Anar Rəhimov və Elmar Məmmədli bıçaq xəsarətləri, Təzə Corat qəsəbəsinin sakinləri Elşən Musayev və Elnur Nəzərəliyev isə qəlpə yaraları alıblar. Hazırda faktla bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM