Avtomobillərin normal hərəkəti təmin olunacaq.Sumqayıt-Bakı və Bakı-Sumqayıt istiqamətində yaranan tıxacların aradan qaldırılması üçün tədbirlər davam etdirilir.ANN.Az Trendə istinadən xəbər verir ki, “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib ki, Bakı-Quba yolunun 7-10-cu kilometr sahəsində tıxacların aradan qaldırılması üçün əlavə tədbirlər görülür.Onun sözlərinə görə, artıq Bakı-Quba yolunun 9-cu kilometrində, Bakı Beynəlxalq Avtovağzalının yaxınlığında dəmiryol üzərində mövcud yolötürücünün yanında inşa olunan 4 aşırımlı yolötürücünün inşası başa çatdırılıb. Hazırda istinad divarları və yanaşma yolları inşa olunur.P.Mürsəliyev bildirib ki, inşa olunan yanaşma yolları yolötürücüsündən Beynəlxalq Avtovağzala, oradan isə Beynəlxalq Atıcılıq Federasiyasının bazasına qədər davam edəcək.Bundan başqa, eyni zamanda Bakıdan Sumqayıta gedən istiqamətdə - Biləcəri hissəsində yeni ötürücü inşa olunur.Yolötürücüsünün yanaşma yolları yeni inşa olunan piyada keçidinə qədər davam edəcək. Onun yan hissəsində dairəvi hərəkət nəzərdə tutulur ki, bu da avtomobillərin istənilən istiqamətə hərəkətini təmin edəcək. Bununla da avtomobillərin normal hərəkəti təmin olunacaq.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !