Sumqayıtın yubiley şousu - VİDEO

23:51 | 23.09.2014
Sumqayıtın yubiley şousu - VİDEO

Sumqayıtın yubiley şousu - VİDEO

Şəhər bu gün 65 illik yubileyini qeyd edibSumqayıt şəhəri bu gün 65 illik yubileyini qeyd edib. Bir vaxtlar ekoloji vəziyyətinə görə, “ölü şəhər” kimi tanınan bu sənaye paytaxtı indi tamam fərqli həyat yaşayır. Ölkənin üçüncü böyük şəhəri bu günkü simasında həm qədim, həm də müasir ənənələri birləşdirir.ANS TV-nin məlumatına görə, yubiley tədbirləri Qədim Corat kəndindən start götürdü. Corat qalasının divarları boyunca yaradılmış bazar meydanı, döyüş səhnələri ilə zəngin tamaşa, milli rəqslər çoxsaylı tamaşaçıların marağına səbəb olmuşdu. Aleksandr Dümanın bazar meydanına gəlişi və Pompeyin meyxana deməsi isə Sumqayıtlılar üçün gözlənilməz oldu.Yubiley tədbirləri Sumqayıtın mərkəzindəki Bayraq meydanında da keçirilirdi. Burda tamaşaçılar hərbçilərin təntənəli keçidinin, idmançıların və motosikletçilərin çıxışının şahidi oldular. Şəhər günü üçün xüsusi düzəldilmiş nəhəng gəmi və Şuşa qalası da Bayraq meydanına gətirildi. Sumqayıın 65 yaşını qeyd etməyə xaricdən də gələnlər var idi. Həmişə olduğu kimi Sankt-Peterburqdan olan barabançı qızlar Sumqayıtı təbrik etdilər.Bayram tədbirinin ən maraqlı məqamı isə xüsusi təyinatların helikopter şousu idi.Əsası 1949-cu ildə qoyulan Sumqayıt Sovet İttifaqının ən iri sənaye mərkəzlərindən biri idi. Burada neft, neft-kimya, maşınqayırma sənayesi müəssisələri yerləşirdi. Bu da Sumqayıtı dünyanın ekoloji baxımdan ən çirkli şəhərləri sırasına salırdı.Təxminən 2000-ci ildən başlayaraq hökumətin Sumqayıtla bağlı gördüyü tədbirlər nəticəsində bu gün şəhərdə kimya və texnologiya sənaye parkı yaradılıb. Bu istiqamətdə işlər davam etdirilir. Eyni zamanda Sovet dövründən fərqli olaraq Sumqayıtı kifayət qədər yaşıl şəhər adlandırmaq olar.ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM