İndoneziyada 7,3 bal gücündə zəlzələ meydana gəlib, ölkədə sunami təhlükəsi elan edilib.ANS PRESS-in məlumatına görə, yeraltı təkanların episentri Şimali Molukki əyalətində Xalmaxeranın adasının qərb hissəsindən 132 və 137 kilometr şimal-qərbdə qeydə alınıb.Zəlzələnin ocağı Mollukka dənizində, yerin 48 kilometr dərinlikdə yerləşib.Ölkənin Meterologiya, İqlimşünaslıq və Milli Geofizika İdarəsinin yaydığı açıqlamada, şənbə günü qeydə alınan 7,3 bal gecündə zəlzələdən sonra sunami xəbərdalığı elan edilib. Dağıntı və fəlakət barədə hələ ki, heç bir məlumat yoxdur. Qeyd edək ki, İndoneziya dünyanın ən seysmik zonasında yerləşir. 2009-cu ildə minlərlə insan Sumatrada baş verən zəlzələnin qurbanı olub. 2004-cü ildə isə güclü zəlzələdən sonra baş verən sunami 12 ölkədən yüzminlərlə insanın ölümünə səbəb olmuşdu.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !