Süni intellekt artıq şantaj texnologiyası kimi istifadə edilir- Tural Məmmədov

13:03 | 06.06.2024
Süni intellekt artıq şantaj texnologiyası kimi istifadə edilir- Tural Məmmədov

Süni intellekt artıq şantaj texnologiyası kimi istifadə edilir- Tural Məmmədov

Süni intellekt artıq şantaj texnologiyası kimi istifadə edilir. Bunu "Dövlət qurumlarında informasiya təhlükəsizliyi vəziyyəti, yeniliklər və planlar" Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov deyib. 

"Süni intellekt texnologiyaları çox sürətlə inkişaf etməyə başlayıb. Artıq sosial şəbəkələrdə bir sıra süni intellektdən sui istifadə hallarına rast gəlirik. 

DİN-in yaydığı məlumatdır ki, sosial şəbəkədə xanımların fotolarını montaj edərək əxlaqsız formaya salaraq onlara hədə -qorxu gələn şəxs saxlanılıb. Artıq süni intellekt montaj və şantaj texnologiyası kimi istifadə olunmaqdadır", - Məmmədov iyunun 6- da Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin "IV Zirvə Toplantısı"-da çıxışı zamanı qeyd edib. 

İdarə rəisi bildirib ki, xakkerlər nə etik nə də digər sərhədləri  artıq sərhəd tanımır. 

"Onlar hər bir vasitədən maksimum istifadə edirlər ki, kiber dələduzluq halını genişləndirsinlər və vətəndaşları aldatsınlar. Bu baxımdan çox ehtiyyatlı olmaq lazımdır. Hazırda bu təhdidləri anlamaq olur ki, saxtadır. Lakin texnologiya bir az da inkişaf etdikdən sonra təhlükələri başa düşmək daha çətin olacaq", - o əlavə edib.
 
Aygün Mirakif

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM