"Elə indicə məsələ tam həllini tapdı. Azərbaycan Superkuboku Qəbələdə keçiriləcək. Bu matç avqustun 13-də baş tutacaq. Premyer Liqa 9-da start götürür və ikinci tur matçları da 16-17-də olacaq. Bu aralıqda sözügedən oyun baş tutacaq".
ANN.Az xəbər verir ki, bu sözləri “idmanxeber.com”- a açıqlamasın Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev deyib.
Qurum başçısı “Neftçi” və “Qarabağ” klublarının iştirakı ilə reallaşacaq Superkubok matçından öncə komandaların cavabının nə olacağında asılı olmayaraq qarşılaşmanın yeri və tarixi dəyişdirilməyəcəyini bildirib:
"Artıq bu rəsmiləşdi. İndicə məsələni yoluna qoyduq. Klubların nə deməsindən asılı olmayaraq, bu oyun baş tutacaq".
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !