Fransanın "Carrefour" supermarketlər şəbəkəsi Argentinadakı müştərilərindən üzr istəyib. Buna səbəb satılan piroqların etiketində "12 qram kokain"in yazılmasıdır.
ANN.Az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, "Carrefour Argentina" baş verən hadisəni "axmaq zarafat" adlandırıb. Şirkətdən verilən məlumata görə, bu hərəkəti piroqları "Carrefour"un yerli mağazalarına çatdıran firmanın işçilərindən biri edib. Bu çatdırılmanın nədən ibarət olduğu və etiketləri hazırlayan işçinin kimliyi haqqında məlumat verilməyib. Kompaniya həmçinin bildirib ki, onların məhsullarında, o cümlədən piroqlarında heç bir qadağan edilmiş inqredient yoxdur.
Supermarketlər şəbəkəsi üzr istəməzdən öncə, sosial şəbəkələrin istifadəçiləri belə bir zarafat edirdilər ki, Uruqvayda marixuananın leqallaşdırılmasından sonra "Carrefour" buna kokainlə cavab vermək qərarına gəlib.
"Carrefour" qrupu Avropanın ən böyük ticarət şəbəkəsi sayılır, dünyada isə yalnız Amerikan "Walmart"ından geri qalır. "Carrefour"un 34 ölkədə onmindən çox mağazası fəaliyyət göstərir.
ANN.Az