Suraxanıda ikimərtəbəli binada yanğın olub,sakinlər təxliyə edilib

Suraxanı rayonunda ikimərtəbəli yaşayış binasında yanğın baş verib.Bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, binanın 2-ci mərtəbəsində pilləkən qəfəsində quraşdırılan 8 ədəd elektrik sayğacı və 10 p.m elektrik kabeli yanıb.
Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstülənmiş mənzillərdən 3 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
www.anews.az
Son xəbərlər
Daha çox 