Sürət həddini endirənlər zəhmət çəkib hesabat versin - Hikmət Babaoğlu/VİDEO

12:47 | 01.02.2024
Sürət həddini endirənlər zəhmət çəkib hesabat versin - Hikmət Babaoğlu/VİDEO

Sürət həddini endirənlər zəhmət çəkib hesabat versin - Hikmət Babaoğlu/VİDEO

"Avtomobil haqqında” yeni qanun hazırlanmalıdır. Bunu deputat Hikmət Babaoğlu deyib. 

"Yollarda sürət həddi endirilir. Amma bunun nəticəsi barəsində heç bir hesabat yoxdur. Aiddiyatı qurum bir açıqlama versin ki, bu sürət həddi enəndə nə baş verir. Qəzaların sayı azalırmı, ekologiyanın çərkənməsinin vəziyyəti necə olur, Yanacaq sərtfiyatı necə tənzimlənir? Bu sualalrın cavabı yoxdur. Bu yaxınlarda Bakı-Sumqayıt yoluna avtobusl zolağı çəkildi. Nə baş verdi? Tıxacların sayı bir az da artdı. İnsanların vaxt itkisi problemi çoxaldı. Stress halları yarandı. Özümüzə əlavə problem yaratmışıq. Eləcə velosiped yolları da həmin vəziyyətdədir. Yol gedir, birdən qarşısına balkon çıxır, yol qırılır. Bununla nəyə xidmət edirik bəlli deyil. Ona görə də aiddiyatı qurumları zəhmət çəkib bir hesabat versin”, - deputat fevralın 1-də Milli Məclisdə  "Avtomobil yolları haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı bildirib. 

Deputat "hər yerdə var,bizdə də olsun” yanaşmasından uzaq durmağı təklif edib.
 
Gülnar Nazimqızı

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM