Milli Məclisdən Trend-ə verilən məlumata görə, bununla bağlı payız sesiyasında təşəbbüs irəli sürüləcəyi gözlənilir.
Qeyd edək ki, bir sıra ölkələrdə sərnişin avtobuslarının sürücülərinin hər birinin kartı var və bu kartla sürücü 8 saatdan artıq işləyə bilməz. Avtobuslarda sürət həddinə nəzarət edən cihazlar da var və əgər sürücü sürət həddini aşarsa, qısa xəbərdarlıqdan sonra həmin cihaz avtomobilin mühərriki dayanır.
Məsələyə münasibət bildirən millət vəkili Rəfael Cəbraylov da bu qaydanın vacib olduğunu qeyd edib. R.Cəbraylov deyib ki, sürücülərin 8 saatdan artıq işləməsi düzgün deyil:
"Azərbaycanda sürücülər gün ərzində 12-13 saat işləyir. Nəzərə alsaq ki, avtomobil özü yüksək təhlükə mənbəyidir və onun sükanın arxasında artıq yorulmuş olan bir insanın olması bu təhlükə mənbəyinin təhlükəsizlik dərəcəsini daha da artırır. Və nəzərə alsaq ki, söhbət kütləvi şəkildə insanların daşınmasından gedir, doğurdan da bu çox məsuliyyət yaradır”.
Avtobus sürücülərinin həm də sürət həddini aşaraq təhlükəli şərait yaratdıqlarını deyən R.Cəbraylov bu məsələlərin texnoloji yeniliklərdən istifadə edərək qarşısının alınmasının tərəfdarı olduğunu bildirib:
"Hər bir sürücünün yanına bir nəzarətçi qoymaq çətin məsələdir. Ancaq texnoloji yeniliklərdən istifadə etməklə bu halların qarşısını almaq olar. Bu baxımdan mən Azərbaycanda da sürücülərin fəaliyyətinə nəzarət edən cihazların tətbiq edilməsinin tam tərəfdarıyam”.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !