Suriya Bufer zona yaratmaq təklifini rədd etdi

20:16 | 15.10.2014
Suriya Bufer zona yaratmaq təklifini rədd etdi

Suriya Bufer zona yaratmaq təklifini rədd etdi

Suriya Xarici İşlər Nazirliyindən verilən açıqlamada "bufer zonanın yaradılmasını rədd edirik" deyilib.

ANN.Az-ın xarici mətbuata istinadən xəbərinə görə, Suriya rəsmiləri torpaqlarında bufer zonanın yaradılması ilə bağlı təklifləri tamamilə rədd edəcəklərini bildiriblər. Suriyanın rəsmi agentliyi SANA-nın verdiyi məlumata görə, Xarici İşlər Nazirliyinin açıqlamasında "Torpaqlarımızın heç bir nöqtəsində hər hansı bir səbəblə bufer zona yaradılması və xarici güclərin torpaqlarımıza düşməncəsinə müdaxilə etməsini qəbul etmirik. Suriya dostları ilə birlikdə hərəkət edərək sülh və ərazi bütövlüyünün qorunması üçün lazımı bütün tədbirləri görəcəkdir" deyildi.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM