Suriya hökuməti Türkiyəni hədələdi

23:43 | 03.10.2014
Suriya hökuməti Türkiyəni hədələdi

Suriya hökuməti Türkiyəni hədələdi

Suriya xarici işlər nazirinin köməkçisi Faysal Mikdat Türkiyənin Suriyaya hərbi müdaxilə edəcəyi təqdirdə bunu "hücum" olaraq qəbul edəcəklərini açıqlayıb.ANN.Az xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin Suriya və İraq ərazisinə icazə verilməsinə dair qanun layihəsini qəbul eləməsi Suriya hökumətini təşvişə salıb və artıq ilk rəsmi münasibətlər bildirilir. BMT-nin Təhlükəsizlik Şurasının iclasının keçirilməsini vacib sayan Faysal Mikdat Turkiyənin bu qərarının beynəlxalq səviyyədə qınanılmasının vacibliyini ifadə edib. Nazir köməkçisi Türkiyə və Səudiyyə Ərəbistanının Suriyaya silahlı dəstə göndərdiyini dilə gətirib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti