Suriyanın yeni hökuməti, ölkənin keçmiş prezidenti Bəşər Əsədə və onun tabeliyindəki silahlı qüvvələrə illərlə göstərilən dəstəyə görə İrandan 300 milyard dollar müavinat tələb etməyi planlaşdırır. Bu barədə Livanın Al Modon qəzeti məlumat yayıb.
Suriya yeni hakimiyyəti bu məbləği, Tehran tərəfindən Əsədə verilən dəstək səbəbilə ölkəyə dəyən zərərə görə təzminat kimi tələb etməyi planlaşdırır.
"Eyni zamanda, İran keçid hökumətini əvvəlki hökumətin hüquqi varisi hesab edir və bu səbəbdən göstərilən yardıma görə borcun ödənilməsinə ümid edir. Bununla belə, hazırda iki ölkə arasında heç bir əlaqə yoxdur, - nəşr bildirib.
N.Təbrizli
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !