Suriyada İslam Dövləti (İD) yaraqlılarının sıralarında 70 min xarici muzdlu döyüşür, onların 5-7 mini Rusiya və MDB ölkələrindəndirlər.
Oxu.Az xəbər verir ki, bu barədə TASS-ın müxbirinə Suriyanın baş müftisi Əhməd Bədərddin Hassun bildirib. O, Rusiyaya "İslam dünyası” beynəlxalq konfransında iştirak etmək üçün gəlib.
"Yaraqlıların sıralarında Suriyada 70 min xarici muzdlu döyüşür, onların 5-7 mini Rusiya və MDB ölkələrindəndirlər Bəziləri ailələri ilə gələrək Türkiyədə hazırlıq keçirlər. Maliyyələşdirmə Səudiyyə Ərəbistanındandır. Təlimatçılar ABŞ və Böyük Britaniyadandırlar”, - Hassun bildirib.
Müfti qeyd edib ki, muzdluların əksəriyyəti MDB-nin Qazaxıstan, Türkmənistan və Azərbaycan kimi ölkələrindən gəlir.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !