​Suriya müxalifəti Rusiyanın hava zərbələrinə münasibət bildirib

22:33 | 01.10.2015
​Suriya müxalifəti Rusiyanın hava zərbələrinə münasibət bildirib

​Suriya müxalifəti Rusiyanın hava zərbələrinə münasibət bildirib

Xalid Hoca: "Rusiya döyüş təyyarələrinin zərbə endirdiyi Humus şəhəri İŞİD və əl-Nusra Cəbhəsinin silahlılarından bir il öncə təmizlənib

"Rusiyanın Suriyanı işğal etməsinə xalqımızın milli azadlıq mübarizəsi ilə cavab verməyə haqqı var".

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu Suriya Müxalif və İnqilabçı Milli Koalisiyasının sədri Xalid Hoca BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Rusiya qırıcılarının hava əməliyyatları ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Rusiya döyüş təyyarələrinin zərbə endirdiyi Humus şəhəri İŞİD və əl-Nusra Cəbhəsinin silahlılarından bir il öncə təmizlənib: "Rusiyanın məqsədi Bəşşar Əsədə dəstək verməkdir".

Xalid Hoca deyib ki, Rusiya qırıcıları Humus şəhərinin şimalındakı üç bölgəni vurub: "Bu hücum nəticəsində 5-i uşaq, biri tibb işçisi olmaqla 36 mülki sakin həyatını itirib".

Beynəlxalq ictimaiyyətin bu hücumu pisləməsini və mülki insanların qorunmasını istəyən müxalifət lideri Suriya Azadlıq Ordusunun (bu Suriya Müxalif və İnqilabçı Milli Koalisiyanın nəzarətindədir) 70 min əsgərinin olduğunu da vurğulayıb: "Rusiya, İran, İŞİD və Hizbullah da daxil olmaqla bütün xarici qüvvələrin Suriyadan çıxması üçün beynəlxalq ictimaiyyətin əlindən gələni etməsini istəyirik".

Rusiyanın Müdafiə Nazirliyi isə bildirib ki, qırıcıları Suriyada İŞİD-in komanda məntəqələrini vurub: "Rusiya Hava-Kosmik Qüvvələrinin təyyarələri Suriya ərazisində İŞİD terrorçu qruplaşmasının 8 obyektinə nöqtəvarı zərbə endirib. Bunun üçün 20-yə yaxın uçuş həyata keçirilib".

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM