Suriya prezidenti: "İŞİD tərəfdarlarının sayı artıb"

12:38 | 30.03.2015
Suriya prezidenti:

Suriya prezidenti: "İŞİD tərəfdarlarının sayı artıb"

Amerika Birləşmiş Ştatları və müttəfiqlərinin təyyarələri İŞİD-in Suriyadakı mövqelərini bombalamağa başlayandan sonra ölkə ərazisində İŞİD tərəfdarlarının sayı artıb.

ANS PRESS-in məlumatına görə, bunu Suriya prezidenti Bəşər Əsəd ABŞ-ın "CBS" telekanalına müsahibəsində deyib.

"Bəzi məlumatlara əsasən Suriya ərazisində silahlı qrupların tərkibinə hər ay minə yaxın yeni insan qatılır. Bombardman yalnız lokal effekt verir. Oxşar vəziyyət İraq və Liviyada da müşahidə olunub. İŞİD İraq və Liviyada da getdikcə daha fəallaşır, əl-Qaidə ilə əlaqəli radikal qruplaşmalar isə artıq onları dəstəklədiklərini bəyan ediblər." - deyə, Əsəd bildirib.

Suriya dövlət başçısı ABŞ-ın onu istefaya çağırmasına da münasibət bildirib. "Bu, onların işi deyil. Bu məsələni Suriya vətəndaşları həll edə bilər. Mən o zaman istefaya gedərəm ki, ictimai dəstəyim olmasın." - Bəşər Əsəd belə deyib.

Bir müddət əvvəl Bəşər Əsəd ABŞ-ın təklifinə müsbət cavab verərək, dialoqa hazır olduğunu açıqlamışdı.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM