Suriya-Türkiyə sərhədində partlayış: 24 ölü

09:00 | 21.02.2014
Suriya-Türkiyə sərhədində partlayış: 24 ölü

Suriya-Türkiyə sərhədində partlayış: 24 ölü

Ötən gün axşam saatlarında Türkiyənin Öncüpınar sərhəd keçid məntəqəsinin qarşısında (Türkiyənin Kilis əyalətində) yerləşən Suriyanın Əs-Səlame sərhəd məntəqəsi yaxınlığında törədilmiş güclü partlayış nəticəsində 20 nəfər ölüb, 40-dan çox insan yaralanıb.APA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, partladıcı quraşdırılmış avtomobil Türkiyə sərhədi yaxınlığındakı Suriyanın Əs-Səlame sərhəd məntəqəsinin qarşısında saat 18.00  radələrində işə salınıb.    Milliyet qəzetinin məlumatına görə, partlayış nəticəsində hadisə yerində 20 nəfər ölüb, daha 4 nəfər xəstəxanaya aparılarkən keçinib, 40-dan çox insan yaralanıb. Ölən və yaralıların Suriya vətəndaşı olduğu bildirilir.     Hurriyet qəzetinin məlumatına görə,  Əs-Səlame yaxınlığında Azad Suriya Ordusu və “Əl Qaidə” ilə əlaqəli “İraq və Levantedə İslam Dövləti” radikal qruplaşmasının dəstələri arasında şiddətli döyüşlər gedir. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb