​Suriyada 10 min türkməndən xəbər yoxdur

15:51 | 24.06.2015
​Suriyada 10 min türkməndən xəbər yoxdur

​Suriyada 10 min türkməndən xəbər yoxdur

Ötən gecə 200 türkmən ailəsi Suriyada İŞİD-dən sonra kürdlərin Demokratik Birlik Partiyası (PYD) silahlılarının təzyiqlərindən qaçaraq Türkiyəyə sığınıb.

"Report" xəbər verir ki, bu haqda "Anadolu" Agentliyi məlumat yayıb.

Belə ki, Suriyanın Tel-Abyad bölgəsini ələ keçirən PYD terrorçuları türkmənlərin kəndlərinə gedərək, onlardan ərazini boşaltmağı tələb ediblər. Kürd terrorçuları yerli sakinləri hədələyərək, bildiriblər ki, çıxıb getməsələr, o zaman kəndi bombalayacaqlar.

Məlumata əsasən, türkmənlər doğma yurdlarını tərk etsələr də, Suriyaya - öz evlərinə qayıtmaq üçün Türkiyədən yardım istəyiblər.
Xəbərdə bildirilib ki, Suriyanın Rakka bölgəsindən qaçan 10 minə yaxın türkmənin taleyindən məlumat yoxdur.  

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM