Suriyada gedən döyüşlərdə xarici ölkələrdən gəlmiş 60 mindən çox adam iştirak edir.APA-nın “Əl-Həyat” qəzetinə istinadən verdiyi məlumata görə, xaricdən gəlmiş döyüşçülər həm Bəşər Əsəd hökuməti tərəfində, həm də müxalifətin hərbi birləşmələrinin tərkibində vuruşur. Xarici ölkələrdən gələnlərin əksəriyyəti – 40 min nəfər B.Əsədə sadiq ordunun sıralarında döyüşür. Mənbənin bildirdiyinə görə, bunlar əsasən İran, İraq, Livan, Yəmən, Əfqanıstan, Azərbaycan və Pakistandan gəlmiş şiə döyüşçüləridir. Onların əksəriyyəti İranın Pasdaran vilayətində “Əl-Qüds” briqadasında təlim keçib. Hökumət əleyhinə döyüşənlər isə əsasən Liviya, Tunis, Əlcəzair, Mərakeş və bəzi Avropa ölkələrindən gəlib. Onların ümumi sayı 20 minə yaxındır.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !