Suriyanın paytaxtı Dəməşqin Şərqi Guta bölgəsində Bəşşar Əsədə sadiq silahlılarla mötədil müxalifət arasında 15 günlük atəşkəs haqda razılıq əldə edilib.
"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, atəşkəs rejimi haqda razılaşma bu gün səhər saat 06.00-dan qüvvəyə minib.
Xəbərdə bildirilib ki, Bəşşar Əsəd rejimi 3 ildir Şərqi Guta bölgəsini mühasirəyə alaraq, ora humanitar yardım aparılmasına icazə vermir. Bundan başqa Əsəd silahlılarının hərbi təyyarələrinin həmin ərazidəki dinc sakinlərin yaşadığı yerləri bombaladığı da bildirilib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !