Suriyada atəşkəsə nail olmaq mümkündür. Hələb şəhərindən başlayaraq ən azından bəzi yerlərdə döyüşləri dayandırmaq olar. Amerika Birləşmiş Ştatları dövlət katibi Con Kerri Fransanın paytaxtı Parisdə rusiyalı həmkarı Sergey Lavrov və BMT-nin Suriya böhranı üzrə xüsusi səfiri Ləhdar Brahiminin iştirakı ilə keçirilən görüşdən sonra bu cür açıqlama verib. Mətbuat konfransında çıxışı zamanı Kerri bildirib ki, atəşkəsə nail olmaq üçün Sergey Lavrovla birgə fəaliyyət göstərməkdə razılığa gəlib."Suriya müxalifəti, Əsəd rejimi atəşkəs elan edəcəyi təqdirdə atəşi dayandıracağını bildirib. İran isə sülhə nail olmaq məqsədilə Cenevrədə əldə olunan razılaşmaya əsasən, keçid hökumətinin qurulması prosesinə başlamaq üçün hələ ki, hər hansı bir bəyanat səsləndirməyib. Məsələnin hərbi yolla həlli mümkün deyil. Qarşıdurmalar davam etdikcə, qalib tərəf ekstrimçilər olacaq. Sühə nail olmaq istəyən Rusiya və Amerika Birləşmiş Ştatları isə məğlub tərəf olacaq". Lavrov həmçinin, çıxışı zamanı Suriya hökumətinin mühasirədə qalmış ərazilərə humanitar yardım edilməsi üçün koridor açılmasına razı olduğunu qeyd edib."Cenevrə - 2 konfransından əvvəl mümkün olan addımları atacağıq. Suriyada tərəflər arasında atəşkəs elan olunması barədə hər kəsi məlumatlandıracağıq. Ən azından mülkilər də daxil olmaqla əsirlərin dəyişdirilməsi üçün məhdud məkan çərçivəsində də olsa, bu vacibdir. Hazırda mühasirə vəziyyətinə düşmüş insanlara humanitar yardım çatdırılması üçün əlimizdən gələni edirik". Suriyada sülhə nail olmaq məqsədilə Qərb ölkələrinin də iştirakı ilə yanvar ayının 22-də İsveçrənin Cenevrə şəhərində görüş keçiriləcək.//Anspress
Bizi sosial şəbəkələrdə izləyin !