Suriyada öldürüldüyü bildirilən sonuncu iki azərbaycanlının Sumqayıtdan olduğu ehtimal edilir.Bu barədə mücahidlərə məxsus saytların yaydığı məlumata görə, onlar “Əl-Qaidə”yə bağlı olan “Əl-Nüsra Cəbhəsi”nin sıralarında döyüşən azərbaycanlılardır. Ümumiyyətlə Bəşər Əsədə qarşı döyüşən azərbaycanların əsasən Quba, Qusar, Xaçmaz, Şəki, Zaqatala bölgəsindən getdiyi bildirilir. Qeyri-rəsmi məlumatlara görə təkcə Şəki, Zaqatala bölgəsindən Suriyaya gedənlərin sayı 250 nəfəri ötüb. Bu bölgədən gedənlərin əksəriyyəti isə Zaqatalanın Muxax kəndinin sakinləridir. Hətta Suriyaya öz ailələri ilə birgə gedənlər də az deyil. Bəzi məlumatlara görə indiyədək döyüşlərdə həlak olan azərbaycanlıların sayı 40-ı ötüb. Suriyaya gedən azərbaycanlıların əsasən radikal dini təriqətlərin daha geniş yayıldığı bölgələrdən getməsi də təsadüfi deyil. Gənclərin müxtəlif dini təriqətlərin təsiri altına daha tez düşdüyü deyilir. Nəticədə isə onlar döyüşlərin getdiyi qaynar nöqtələrə könüllü şəkildə gedirlər. Həmin şəxslər isə cihadın Allahın əmri olduğuna inanırlar. Maraqlıdır ki, Suriyada döyüşə gedənlərin bəziləri hansı məqsədlə döyüşdüklərini bilmirlər. Məsələn, Suriyadakı döyüşlərdə həlak olan Muxax sakinləri Rizvan Süleymanov və Rəşad Məmmədovun yaxınlarının açıqlamalarında onların din uğrunda döyüşdüyünü və müharibəyə xeyir-dua ilə yola saldıqlarını deyirdilər. Amma son vaxtlar ABŞ və Böyük Britaniyadan olan mütəxəssislərin arşdırması nəticəsində məlum olub ki, Suriyaya döyüşmək üçün gedənlərin konkret maraqları var. Suriya bölgəsi üzrə mütəxəssis Emin Həsənovun sözlərinə görə əgər əvvəllər Suriyaya döyüşmək üçün pərakəndə şəkildə gedilirdisə, indi daha mütəşşəkildir və bəzi dövlətlər, xüsusilə də Səudiyyə Ərəbistanı döyüşçülərin getməsinə öz dəstəiyni göstərir. Azərbaycanlıların Suriyaya keçməsi üçün marşurut da var. Türkiyə-Suriya sərhəddinə çatanlar sadəcə pasportunu təqdim edirlər.
Suriya sərhəd-gömrük məntəqəsində dayanalar isə sadəcə pasporta baxırlar. Türkiyənin bəzi sərhəd məntəqələri Suriyadan gələn yaralıların Türkiyəyə çatdırılması və ora gedən humanitar yardımlar üçün açıqdır. Ona görə də Suriyaya keçən humanitar yardımları daşıyan iri tonnajlı maşınların içərisində olmaqla da sərhədi adlamaq çətin deyil. (ANS)
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !