Suriyada döyüşən "Arsenal"ın oyunçusunun açıqlaması

14:58 | 06.04.2014
Suriyada döyüşən "Arsenal"ın oyunçusunun açıqlaması

Suriyada döyüşən "Arsenal"ın oyunçusunun açıqlaması

Dünyanın ən məşhur futbol klublarından biri olan “Arsenal”ın sabiq futbolçusu Suriyada döyüşür. ANS PRESS-in məlumatına görə, Suriya gedib, İrak Şam İslam Dövləti (İŞİD) adlı qruplamanın üzvü və “Arsenal” kubunun sabiq futbolçusu olduğu iddia edilən şəxs barəsində yayılan xəbərləri İŞİD komandirlərindən biri olan Ömər Əl Çeçenin rəsmi internet səhifəsi təsdiqləyib. 

Şəxsiyyəti açıqlanmayan və İŞİD kameralarına müsahibə verən silahlı döyüşçü adının Əbu İsa əl Endusi olduğunu söyləyib. O, müsahibəsi zamanı Suriyada baş verən hadisələrdən bəhs edib. Daha sonra o, əvvəllər İngiltədə futbolçu olduğunu və “Arsenal” futbol klubunun formasını geyindiyi deyib.

O, Avropadakı həyat tərzinin İslam dininə uyğun olmadını deyərək Suriyaya getdiyini də sözlərinə əlavə edib. Döyüşçü bir vaxtlar İngiltərə Premier Liqasında “Arsenal”ın futbolçusu kimi oynadığını da qeyd edib. Keçmiş futbolçu olduğunu deyən şəxsin Portuqaliyalı olduğu və əvvəllər “Sporting Lisbon” klubunda məşhur futbolçu Kristian Ronaldo ilə birlikdə futbol oynadığı da yayılan iddialar sırasında yer alıb.

ANS PRESS

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM