Suriyada döyüşlərə qatılan Azərbaycan vətəndaşı həbs edilib. APA-nın məlumatına görə, Qəbələ rayon sakini, 1989-cu il təvəllüdlü Həsənov Əhməd Elxan oğlu hüquq-mühafizə orqanlarının həyata keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. Onun Suriyada silahlı qruplaşmaların tərkibində döyüşlərdə 7 ay iştirak etdiyi, Suriyaya qanunsuz yolla getdiyi müəyyənləşib. Ə. Həsənov Bakıya qayıdarkən Heydər Əliyev Beynəlxalq Hava Limanında tutulub. O, Cinayət Məcəlləsinin 279-cu (qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmə və ya qrup yaratma) maddəsi ilə təqsirləndirilir.
ANNET.Az
Bizi sosial şəbəkələrdə izləyin !