Suriyada Kesab şəhərinin erməni əhalisinin kütləvi şəkildə öldürülməsi xəbəri yalan çıxıb.APA-nın “Vesti Kavkaza” saytına istinadən verdiyi məlumata görə, şəhər meri Vazgen Çaparyan bəyan edib ki, Kesab ələ keçirilən zaman mülki əhali arasında ölüm halları qeydə alınmayıb. O qeyd edib ki, şəhərdə heç vaxt hərbi obyektlər və özünümüdafiə batalyonları olmayıb. V.Çaparyan 40 nəfərin itkin düşməsi haqda xəbərləri də təkzib edib. Onun sözlərinə görə, şəhərdə 38 nəfər yaşlı adam qalıb və onlar hazırda 700 ailənin köçdüyü Latakiya bölgəsinə təxliyyə olunur. Beləliklə, bəzi KİV-lərin Suriyada bir şəhərin ələ keçirilməsi faktını “erməni soyqırımı” kimi təqdim etmək cəhdləri boşa çıxıb. Bu isə ermənilərin Türkiyəni cəzalandırmaq tələblərinin əssasız olduğunu üzə çıxarıb. Qeyd edək ki, ötən həftə İrəvanda bəzi qurumların fəalları BMT nümayəndəliyinə məktub təqdim edib. Həmin məktubda Türkiyə ermənilərin kompakt yaşadığı Kesab şəhərinə hücumu təşkil etməkdə günahlandırılıb və onun cəzalandırılması istənilib. Onu də bildiriək ki, “YouTube”də yayılmış videoçarxda yer alan kadrlarda Kesabın dinc sakinləri deyil, Suriya ordusunun əsir götürülmüş əsgərləri göstərilib. Video silahlılar Latakiyanı ələ keçirməzdən bir gün əvvəl çəkilib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !