Suriya Hərbi Hava Qüvvələri İŞİD nəzarəti altındakı Rakka şəhərindəki Tabka aerodromuna aviazərbələr endirib.
ANN.Az "Report"a istinadən xəbər verir ki, məlumatı Suriyanın SANA rəsmi agentliyi yayıb.
Xəbərdə bildirilir ki, nəticədə İŞİD-in 140 üzvü ölüb, onlarla terrorçu yaralanıb.
Qeyd edək ki, Rakka ölkənin şimalında yerləşən əni böyük şəhərdir və eyniadlı vilayətin inzibati mərkəzidir. Şəhər 2013-cü il martında İŞİD-in nəzarəti altına keçib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !