Suriya ərazisində fəaliyyət göstərən üç ispan jurnalisti itkin düşüb.
Bu barədə "Report" BBC-yə istinadən xəbər verir.
İspaniyanın media Federasiyası bir həftədən çoxdur ki, jurnalistlərlə əlaqənin kəsildiyini bildirib.
Sonuncu dəfə onlar Suriyanın şimalındakı Hələb şəhəri yaxınlığından reportaj hazırlamışdılar.
İspaniya hökuməti jurnalistlərin oğurlandığını güman edərək, ondan narahatdır.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !