Rusiyanın Suriyada başladığı əməliyyatlardan sonra rus əsgərlərinin öldürülməsinə dair xəbərlər gəlir. Amma indiyə qədər həmin əsgərlərin ölüm xəbəri təsdiq olunmamışdı.
ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, bugünlərdə öldürüldüyü təsdiq olunan ilk əsgər Vadim Aleksandroviç olub. Amma 25 oktyabrda sosial şəbəkələrin birində Suriyada öldürülən əsgərlə bağlı paylaşım olub. Orada yazılıb: "Bu mesaj 18.04.1996-cı il doğumlu, Suriyada hərbi vəzifəsini yerinə yetirərkən öldürülən 20926 hərbi birliyinə aid (834. Hava Qüvvələri təlim mərkəzi, Zernoqrad, Rastov bölgəsi) hərbçi Vadim Aleksandroviç Kostenkonun xatirəsinə ithaf olunub".
Bu statusdan sonra dostluqda olan profil sahibləri əsgərin öldüyünü bir daha təsdiqləyib.
Ölən rus əsgərin 19 yaşı olub
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !