Suriyada müharibə başlayandan bəri, yəni ötən 5 ildə 180 455 mülki vətəndaş itkin düşüb, 216 070 mülki vətəndaş isə silahlı münaqişənin qurbanı olub.
"Report" "Anadolu"ya istinadən xəbər verir ki, bu haqda Suriya İnsan Haqları Təşkilatı məlumat yayıb.
Məlumatda bildirilib ki, Bəşşar Əsədə bağlı silahlılar müxalifət və mülki vətəndaşlarla birlikdə 207 384 nəfəri öldürüb. Onlardan 178 491-i mülki vətəndaş, o cümlədən 18 437-si uşaq, 18 627-si qadındır. 11 491 nəfər rejimin işgəncələrinin qurbanı olub.
Hesabata əsasən, B.Əsədin silahlıları 28 893 müxalifət üzvünü qətlə yetirib. Rejimə mənsub güclərin şəhər, xəstəxana, məktəb, məscid, kilsəyə endirdiyi hava zərbələri nəticəsində 2 milyon 900 min yerə xəsarət dəyib, 920 min mülki bina bombardman nəticəsində dağıdılıb. B.Əsədə aid döyüş təyyarələrinin havadan endirdiyi zərbələr 2 min 91 məscidi, 41 kilsəni və 327 xəstəxananı yarasız hala salıb.
Terrorçu PKK-nın Suriya qolu sayılan PYD (Demokratik Birlik Partiyası) və "İŞİD" 8 450 mülki vətəndaşı öldürüb.
PYD-nin öldürdüyü mülki vətəndaşların 36-sı uşaq, 11-i qadındır.
"İŞİD" isə 126 qadını, 205 uşağı qətlə yetirib.
ABŞ-ın başçılığı ilə "İŞİD"in mövqelərinə endirilən hava zərbələri nəticəsində 233 mülki vətəndaş, o cümlədən 3 qadın, 71 uşaq, 3 müxalifətçi həyatını itirib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !