Suriyada zəlzələdə ölənlərin sayı 5800 nəfəri ötüb - YENİLƏNİB

14:53 | 16.02.2023
Suriyada zəlzələdə ölənlərin sayı 5800 nəfəri ötüb - YENİLƏNİB

Suriyada zəlzələdə ölənlərin sayı 5800 nəfəri ötüb - YENİLƏNİB

Suriyada zəlzələ nəticəsində ölənlərin sayı 5800-ü ötüb. Məlumatı BMT-nin müşahidə missiyası yayıb.

Yaralananların sayı 6 000-dən çoxdur.
 
****** 
Suriyada zəlzələ nəticəsində ölənlərin sayı 3042 nəfərə çatıb.
 
Bu barədə Suriya mətbuatı məlumat yayıb.
 
10:22
 
Suriyanın müxtəlif bölgələrində ölənlərin sayı 2 min 530, yaralıların sayı isə 4 min 645-ə çatıb. Bu barədə  "Reuters" nəşri məlumat yayıb.
 
Zəlzələdə dağıntılara məruz qalan İdlib, Hələb, Hama, Latakiya və Tartus əyalətlərində axtarış-xilasetmə işləri fevralın 6-dan davam edir.

Hələb, Latakiya, Həma və Tartus əyalətlərində rejimin nəzarətində olan bölgələrdə 1250 nəfər həyatını itirib, 2 min 45 nəfər isə yaralanıb.

Suriyanın şimalında müxalifətin nəzarətində olan ərazilərdə çoxlu binalar dağılıb və ya zədələnib.
 
Fevralın 6-da Türkiyədə qeydə alınan 7,7 gücündə zəlzələ Suriyanın şimal bölgələrində də dağıntılara yol açıb.
 
Aytac

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb