Suriyada Palmiranın ən məşhur abidələri dağıdılıb

14:59 | 29.03.2016
Suriyada Palmiranın ən məşhur abidələri dağıdılıb

Suriyada Palmiranın ən məşhur abidələri dağıdılıb

Suriyada qədim Palmira şəhərinin  ən məşhur abidələri dağıdılıb və yaxud ciddi zədələnib.
 
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Suriya muzeylər baş direktoratının rəhbəri Mamun Əbdülkərim bəyan edib.
 
"Palmiranın rəmzləri olan Bel məbədi (I əsr) və Baalşamin (II əsr) məbədi,  Zəfər tağı, "Allat şiri” heykəli və bir sıra məqbərələr dağıdılıb. Bununla belə Roma imperiyası dövründə inşa edilən teatr, bir çox büstlər toxunulmaz qalıb. Bir çox alimlər düşünürdülər ki, terrorçular onları "qara bazara” çıxararaq satacaqlar”, deyə  M. Əbdülkərim bildirib.
 
Yaxın zamanlarda Suriya mədəniyyət nazirliyi Palmiraya mütəxəssis qrupu göndərəcək. Onlar qədim abidələrin hazırkı durumunu qiymətləndirəcəklər.
 
Qeyd edək ki, Palmira – qədim İpək Yolunun əsas məntəqələrindən biri olub, onun çiçəklənmə tarixi I-III əsrlərə təsadüf edib. Şəhər UNESKO Ümumdünya irsi siyahısına daxil edilib. Bu günlərdə Suriya ordusu Palmira şəhərini İŞİD-dən azad edib.
 
 






www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM