Suriyada Şəkidən olan döyüşçü öldürüldü

10:32 | 29.01.2014
Suriyada Şəkidən olan döyüşçü öldürüldü

Suriyada Şəkidən olan döyüşçü öldürüldü

Suriyada daha bir azərbaycanlı öldürülüb.APA-nın xəbərinə görə, bu barədə mücahidlərə məxsus saytlar məlumat yayıb. Məlumata görə, “Zübeyr Azəri” kimi təqdim olunan azərbaycanlı döyüşçü Suriyada hökumət qüvvələri tərəfindən öldürülüb. Onun kimliyi açıqlanmasa da, Azərbaycanın Şəki rayonundan olduğu bildirilir.   Mücahidlər öldürülən azərbaycanlının fotosunu da yayıblar. Qeyd edək ki, Suriyada vəziyyət gərginləşəndən sonra bir qrup Azərbaycan vətəndaşı bu ölkəyə gedərək müxtəlif qruplaşmaların tərkibində vuruşmağa başlayıb. Ötən müddət ərzində həmin döyüşlərdə 100-dən çox azərbaycanlı öldürülüb. Onların bir çoxunun fotosu mücahidlər tərəfindən sosial şəbəkələrdə yayılıb. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM