Suriya Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarənin qəzaya uğraması nəticəsində ölənlərin sayı 35 nəfərə çatıb.
"Report" "Anadolu"ya istinadən xəbər verir ki, təyyarənin İdlib vilayətinin Eriha rayonunda bazara düşməsi nəticəsində yaralanların sayı da 120 nəfərə çatıb. Onların hamısı mülki vətəndaşlardır. Bundan əlavə, 6 bina tamamilə dağılıb.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !