Suriyanın cənubundakı Dərə şəhərinin Nava mahalı yaxınlığında 21 adamın cəsədinə rast gəlindiyi bildirilir.ANN.Az xarici ölkə mediasına istinadın xəbər verir ki, toplu halda edam olunan 21 adamın heç birinin şəxsiyyəti bəlli deyil. Onların şəxsiyyətinin müəyyən edilməsi üçün proseslər davam edir.Toplu halda tapılan insan cəsədləri Azad Suriya Ordusuna bağlı birliklərin Dərə şəhərində yoxlama əməliyyatları nəticəsində aşkarlanıb və qeyd olunur ki, artıq bölgədən çıxarılan rejim gücləri Navanın əkinçilik sahələrində bu kimi edamlar həyata keçiriblər.ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !