İŞİD-in Suriyada və İraqda yaratdığı çaxnaşmaların artdığı bir vaxtda amerikan mənbələr bölgədə yeni bir radikal qruplaşmanın da gücləndiyi xəbərini yayıb.ANN.Az xarici KİV-lərə istinadən xəbər verir ki, "New York Times" qəzeti "Xorasan" adlı qruplaşmanın keçən il Suriyada 33 yaşlı Muhsin Əl Fadli tərəfindən qurulduğunu yazıb. O da qeyd olunub ki, Əl Fadli "Əl Qaidə"nin öldürülən lideri Usama Bin Laden'n en güvəndiyi adamlarından biri olub.Təşkilatın ən böyük məqsədinin ABŞ və ABŞ-ın xarici ölkələrdəki təmsilçiliklərinə hücumlar təşkil etmək olduğu da vurğulanıb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !