ABŞ və onun müttəfiqləri Suriyadakı İŞİD hədəflərinə havadan zərbələr endirdi.
ABŞ Müdafiə Nazirliyi Pentaqon, ABŞ və müttəfiq qoşunların Suriyadakı İŞİD hədəflərini bombaladıqlarını açıqlayıb.
Pentaqondan verilən açıqlamada hücumda müxtəlif tipli hücum təyyarələrindən və Tomahavk raketlərindən istifadə olunduğunu bildirilib. “Suriyada İŞİD hədəflərinə hücumlar davam edir. Əməliyyat bitənə qədər əlavə məlumat verilməyəcəkdir.”
Eyni zamanda əməliyyatda Səudiyyə Ərəbistanı və bir sıra başqa ərəb ölkələrinin orduları da iştirak edib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !