Suriyadan Lavrova rədd cavabı gəldi

14:35 | 26.10.2015
Suriyadan Lavrova rədd cavabı gəldi

Suriyadan Lavrova rədd cavabı gəldi

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun  rəsmi Moskvanın "İslam dövləti”nə (İŞİD) döyüşən  Azad Suriya Ordusuna (ASO) dəstək verə biləcəyini deməsinə qarşı tərəfdən reaksiya gəlib.  

Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, ASO-nun hüquq müşaviri Əbu Zeyd açıqlamasında Sergey Lavrovu tənqid edib.  

"Gah deyir Azad Suriya Ordusu yoxdur, gah da deyir bizə kömək edə bilərlər. Bizim qərargahlar, döyüşçülər, sivil vətəndaşlar vurulduğu təqdirdə Rusiyanın bu təklifini necə qəbul edə bilərik?!”,-deyə Əbu Zeyd söyləyib.  

Onun sözlərinə görə Rusiya bu qədər ciddidirsə, Bəşər Əsədi hakimiyyətdən getməyə məcbur etməlidir.  

Qeyd edək ki, Rusiya Hərbi Kosmik Qüvvələri sentybrın 30-dan etibarən Suriyada İŞİD mövqelərinə aviazərbələr endirməyə başlayıb.  

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM