Suriyada vətəndaş müharibəsindən qaçan ermənilər Türkiyə ərazisinə keçməyə davam edir. Ötən axşam daha 23 erməni Türkiyənin Suriya ilə sərhəddə yerləşən Hatay vilayətinin Samandağ rayonuna gəlib. Erməni əsilli suriyalılar əvvəllər kənd olan və ermənilərin yaşadığı Vakıflı Məhəlləsinə yerləşdirilib. Əvvəlcə onların erməni məhəlləsindəki soydaşları tərəfindən yemək və geyim kimi tələbatları təmin olunub. Suriyadan qaçan 68 yaşlı Aspet Curyan üsyançılar tərəfindən 2 yük maşını ilə sərhəd-keçid məntəqəsinə gətirildiklərini, buradan da Türkiyə sərhədini keçdiklərini bildirib. "Əvvəlcə Yayladağında bizə yemək verdilər və Vakıflıya gətirərək bura yerləşdirdilər. Hələlik burdayıq və bizə çox yaxşı baxırlar.» - sitatın sonu.Türk dilini bilən 79 yaşlı Zaven Hofsetyan isə öz ölkələrini tərk etmək istəmədiklərini, lakin üsyançılar tərəfindən buna məcbur edildiklərini deyir. «Lap bizi öldürün dedik, amma qulaq asmadılar. Biz xəstə və yaşlıyıq deməyimizə baxmayaraq, bura gətirdilər. Suriya əsgərləri gedərkən «bizi də özünüzlə aparın» dedim. Bütün maşınları vurulmuşdu. Bizə "gəzə bilirsinizsə, sizi də aparaq" dedilər. Gəzə bilməyəcəyimizi dedikdə isə bizi qoyub getdilər. Daha sonra evimizə gələn üsyançılar bizi aparacaqlarını dedilər. Mən də «gəzə bilmirik, aparmayın, hərəmizə bir güllə vurun ölək" dedim. Onlar da "biz adam öldürmürük, sizi təhlükəsiz bir yerə aparacağıq" dedilər. Maşınla bizi tanımadığımız bir yerə apardılar. Orada 10 gün qaldıq. Sonra bizi Türkiyəyə gətirdilər və Vakıflıya yerləşdirdilər. Bizə burada çox yaxşı baxırlar. Türk rəsmilərinə təşəkkür edirik". 81 yaşlı Vahan Hofsetyan isə Kəsəb vilayətində partlayış və aviazərbələr nəticəsində evlərinin yararsız hala düşdüyünü, bundan sonra Türkiyəyə pənah gətirdiklərini bildirib.Xatırladaq ki, bir neçə gün əvvəl Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Suriyadan Türkiyə ərazisinə keçən bütün milli azlıqların nümayəndələri ilə yanaşı, ermənilərin də "Türkiyəyə xoş gəlib, səfa gətirdiklərini" demişdi.//Anspress
Bizi sosial şəbəkələrdə izləyin !