Suriya Milli Barışıq Naziri Əli Heydər ABŞ və Türkiyə ilə əlaqədar gözlənilməz açıqlama verib.
ANN.Az Modern.az-a istinadən bildirir ki, Suriya Milli Barışıq naziri Əli Heydər, "Amerika Suriyanın “Şaxta baba”sı deyil, Türkiyə ilə də müharibə şəraitindəyik və bunu hər kəs bilir” deyə bildirib.“Amerikanın dost olduğunu kim söyləyib? Hal-hazırda ortaq çıxarlar ola bilər amma bu dost olduğumuz mənasını vermir. Amerika Suriya xalqının “Şaxta baba”sı deyil. Amerika bu ana qədər Suriya xalqının düşməni olub. Amerikanın hədəf və strategiyaları dəyişmədi, bu səbəbdən bizim hələ də düşmənimizdir”.Əli Heydər açıqlama verərkən Türkiyə ilə münasibətlərə də toxunub: “Türkiyənin mövqeyi mübahisə predmeti belə deyil. Böhranın başından bəri qınadıq. Hal-hazırda Türkiyə ilə müharibə şəraitindəyik. Hər kəs də bunu bilir”,-deyə nazir qeyd edib. ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !