Suriyadakı çaxnaşmalardan qaçıb Türkiyəyə gələn və Malatyadakı düşərgəyə sığınan 7 min 493 suriyalı arasında 54 uşaq gəlin olduğu ortaya çıxıb.ANN.Az dünya mətbuatına istinadən xəbər verir ki, bir araşdırma nəticəsində aşağıdakılar ortaya çıxıb:Düşərgəyə 7 min 493 suriyalı yerləşdirilib. Düşərgədə 0-18 yaş qrupunda 2 min 490-ı kişi, 2 min 489-u qadın cinsindən olmaqla cəmdə 4 min 979 uşaq və yeniyetmə var.13-18 yaş arası 610 qız, 539 kişi sığınacaqda qalır. Müharibə uşaq yaşda ikən olan evlilikləri artırmış. Ailələr qız uşaqlarını təcavüz qurbanı olmaması üçün qohumları və ya başqaları ilə evləndirir.54 uşaq gəlindən qohumları ilə evləndirilənlərin sayı 24-dür. 610 qızdan 54-ü uşaq gəlin, 26-sı ana, 13-ü hamilədir. 21 qız uşağı ailələrin istəyi ilə evləndirilib.Uşaq gəlinlərin 11-nin doğuşa nəzarət haqqında heç bir bilgisi yoxdur. 11-inin uşağı doğulmadan tələf olub, biri abort edib. Uşaq gəlinlərin doğduğu körpələr 15 qadın, 18 kişi cinsidir. Bu körpələrin yaş ortalaması 16 aydır.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !